“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın “Mançester Siti”nin hücumçusu Erlinq Halandı transfer etmək planı qüvvədə qalır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu 2027-ci ildə norveçli futbolçu üçün böyük təklif irəli sürməyi planlaşdırır.
Halandın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
26 yaşlı forvard bu mövsüm Premyer Liqada 4 oyunda 4 qol vurub. “Transfermarkt” onun bazar dəyərini 220 milyon avro qiymətləndirir.
”Barselona” və “Sabah” 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsində Bakıda qarşılaşacaqlar.
