“Tik-Tok”daydı, indi “Qarabağ”, “Sabah”, “Neftçi”yə futbolçu gətirir

21:20 Hadisə 145
“Tik-Tok”daydı, indi “Qarabağ”, “Sabah”, “Neftçi”yə futbolçu gətirir

Azərbaycan Premyer Liqasında iştirakçı sayının 12-yə yüksəlməsi yerli və əcnəbi agentlərin üzünü güldürüb.

Xüsusən ölkə xaricindən dəvət olunan futbolçular baxımından menecerlərin işləri yağ kimi gedir.

Keçmiş “Qarabağ”lı Abdullah Zubirin kiçik qardaşı Tarek Zubir ölkəmizin futbol bazarında özünə yer etməyi bacarıb. Müxtəlif klublarla əməkdaşlıq edən Tarekin müştərilərinin sayı kifayət qədərdir.

Mohammed Əl Hassan adlı agent isə klub rəhbərlərinə yaxşı tabnışdır.

Əslən Qanadan olan, uzun illərdir Azərbaycanda yaşayan, həvəskar səviyyədə futbol oynayan bu şəxs “Qarabağ”, “Neftçi”, “Sabah” kimi elitanın öndə gedən təmsilçiləri ilə əməkdaşlıq etməkdədir.

Mohammedin müştəriləri arasında kifayət qədər tanınmış futbolçular var.

Kimdir onlar?

“Qarabağ”ın sabiq üzvləri Patrik Andrade ilə Emmanuel Addai, “Sabah”ın keçmiş futbolçuları İqor Noqeyra, Andrey Santos, hazırda “tələbələr”in uğurları üçün tər tökən Kahim Parrislə Stefen Endenin Azərbaycana gəlişində qanalı agentin rolu olub.

“Neftçi”dən Falaye Sako ilə İfeanyi Metyu, “Zirə”nin sabiq oyunçuları Stefan Aka, Leroy Mikels və Junior Martins də Mohammedlə əməkdaşlıq edənlərin siyahısında olub.

Maraq üçün bildirək ki, Region Liqasında top dalınca qaçan səbəbkar bir müddət öncə “Tik-Tok” platformasında azərbaycanlı blogerlərlə çəkilişlərdə iştirak etməklə diqqət çəkib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti