Fiqurlu konkisürənlərimiz Ankarada Qran-pri yarışında iştirak elədi

04:40 Digər növlər 56
Fiqurlu konkisürənlərimiz Ankarada Qran-pri yarışında iştirak elədi

Azərbaycanın fiqurlu konkisürənləri Türkiyənin Ankara şəhərində yeniyetmələr arasında təşkil olunan Qran-pri yarışında qüvvələrini sınayıblar.

Sportinfo.az Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, sentyabrın 17–19-da keçirilən turnirdə ölkəni Aleksandr Plyuşenko, Arina Kalugina, həmçinin Anna Obrayen və Dreyk Tonqdan ibarət buz üstündə rəqs cütlüyü təmsil edib.

Azərbaycanı ilk dəfə təmsil edən Aleksandr Plyuşenko debüt çıxışında qısa və sərbəst proqram üzrə buz üstünə çıxaraq 33 idmançı arasında 171,65 xal toplayıb və 13-cü yerdə qərarlaşıb.

Arina Kalugina isə 39 idmançı arasında 144,25 xalla 17-ci yeri tutub.

Anna Obrayen - Dreyk Tonq cütü ritm və sərbəst rəqs üzrə 118,76 xal toplayaraq 20 cütlük arasında 12-ci sırada yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"