“Gəncə” rəhbərliyi millinin oyunçuları ilə görüşdü

08:10 Voleybol 120
“Gəncə” rəhbərliyi millinin oyunçuları ilə görüşdü

“Gəncə” voleybol klubunun rəhbərliyi Avropa çempionatında Azərbaycan millisinin heyətində çıxış edən Nərminə Musayeva və Ülkər Kərimova ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, görüşdə voleybolçuların beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etmələri və milli komandanın uğurlarına verdikləri töhfə yüksək qiymətləndirilib.

Klubun prezidenti Elvar Osmanov idmançılara göstərdikləri əzm və peşəkarlığa görə təşəkkürünü bildirib. O, Nərminə Musayeva və Ülkər Kərimovaya “Təşəkkürnamə” təqdim edib.

Elvar Osmanov voleybolçulara yeni mövsümdə uğurlar arzulayıb və onların həm milli komandada, həm də “Gəncə”nin heyətində yeni nailiyyətlər qazanacaqlarına inamını ifadə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"