Tanınmış gürcü “yutuber”ə Azərbaycan komandasında mühüm iş tapşırıldı - VİDEO

15:00 II Divizion 126
Tanınmış gürcü “yutuber”ə Azərbaycan komandasında mühüm iş tapşırıldı - VİDEO

AZAL-ın sabiq yarımmüdafiəçisi Nuqzar Kvirtiya peşəkar futbol səhnəsinə dönüb.

42 yaşlı gürcüstanlı bundan sonra «Qaradağ Lökbatan»da çalışacaq.

Uzun müddət bu snktordan uzaq düşmüş, «yutuber» kimi fəaliyyət göstərən Kvirtiya II Liqa klubu ilə əməkdaşlığa başlayıb.

Tanınmış model İnna Kvirtiyanın həyat yoldaşı qəsəbə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Anlaşmaya əsasən, o, idman meneeri kimi fəaliyyət göstərməklə yanaşı, «Qarabağ»ın sosial şəbəkələrdə təbliginə də geniş yer ayıracaq.

Komandanın baş məşqçisi Amit Quluzadə Sportinfo.az-a bildirib ki, bu təyinat rəhbərliyin istəyi ilə gerçəkləşib.

Gənc çalışdırıcı verilən qərarı dəstəklədiyini söyləyib. Quluzadə inanır ki, Kvirtiya görəcəyi işlərlə «Qaradağ»a faydalı olacaq.

Gürcünün məşqlərdən görüntülər paylaşmasına gəlincə, mütəxəssis deyib ki, o, bəzən məşqlərə qatır, amma çempionatda komandanın formasını geyinməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti