Qazaxıstan millisinin toppaylayıcısı ölkəmizdə bu klubla anlaşdı

07:40 Voleybol 68
Qazaxıstan millisinin toppaylayıcısı ölkəmizdə bu klubla anlaşdı

“Murov Az Terminal” voleybol klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Qazaxıstan millisinin toppaylayıcısı Sergey Kuznetsovla anlaşıb.

32 yaşlı voleybolçu 2026/27 mövsümündən etibarən “Murov Az Terminal”ın uğurları üçün mübarizə aparacaq.

Kuznetsov ötən mövsümün ikinci yarısını Rusiyanın “Kuzbass” klubunda keçirib. O, Kemerovo təmsilçisinin heyətində Rusiya Superliqası və ölkə kubokunda ümumilikdə səkkiz matçda meydana çıxıb.

Təcrübəli toppaylayıcı karyerası ərzində “Almatı”, “Burevestnik”, “Manqıstau”, “Jayıq”, həmçinin Qətərin “Qatar SC” komandalarında çıxış edib. Peşəkar karyerasına “Almatı”da başlayan Kuznetsov 2009-cu ildən Qazaxıstan millisinin üzvüdür.

O, milli komanda ilə Asiya kubokunda gümüş və bürünc medallar, 2017-ci ildə isə Asiya çempionatında gümüş medal qazanıb.

Klub səviyyəsində Qazaxıstan çempionu olub, ölkə kubokunun qalibi adını qazanıb, həmçinin milli liqada gümüş və bürünc medallara sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"