Bakı çempionatının qalibləri müəyyələşdi - ADLAR

21 Sentyabr 05:00 Atıcılıq 202
Bakı çempionatının qalibləri müəyyələşdi - ADLAR

Kamandan oxatma üzrə Bakı şəhər çempionatın qalibləri müəyyələşib.

Sportinfo.az xəbər verir ki, U-15 kateqoriyasında gənc oxatanlar 40 metr məsafədən hədəfi dəqiq vurmaq uğrunda yarışıblar.

Oğlanlar arasında Məhəmməd İsmayılov qızıl, Əli Məmmədov gümüş, Əhməd İsmayılov isə bürünc medal qazanıb.

Qızların mübarizəsində Banu Məmmədova qızıl, Sona Rüstəmli gümüş, Məryəm İbrahimli isə bürünc medala yiyələnib.

Böyüklər arasında təşkil olunan yarışlarda idmançılar 70 metr məsafədən sınaqdan keçiblər.

Kişilərin mübarizəsində Salman Dadaşov qızıl, Hüseyn Məhərrəmov gümüş, Sərdar Vəliyev isə bürünc medal sahibi olub.

Qadınlar arasında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Şəms Heybətova isə bürünc medal qazanıb.

AKOF və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan yarışın sonunda qaliblər mükafatlandırılıblar.

Mükafatları AKOF-un baş katibi Fərid Xəlilov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin İdman sektorunun baş məsləhətçisi Cəlil Əlizadə təqdim ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq