İki azərbaycanlı Avropa çempionatının 1/4 finalında

04:10 Boks 66
İki azərbaycanlı Avropa çempionatının 1/4 finalında

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Amin Məmmədzadə (55 kq) 1/8 finalda Jirayr Sarkisyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş boksçumuzun 3:0 (29:27, 30:26, 28:28, 30:26, 28:28) hesablı qələbəsi ilə başa çatıb.

O, növbəti görüşündə Billal Bennama (Fransa) ilə qarşılaşacaq. Döyüş sentyabrın 22-də olacaq.

Nəbi İsgəndərov (70 kq) çempionatda ikinci qələbəsini qazanıb. Dünya kubokunun mükafatçısı Fabian Tomkiçə (Xorvatiya) ikinci raundda tam üstünlüklə qalib gəlib.

İsgəndərov sentyabrın 21-də 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkəcək.

Yarışın 4-cü günündə Azərbaycan millisinin 5 boksçusu gücünü yoxlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"