"Sabah"a qarşı ancaq belə oynamaq olardı"

17:00 Müsahibə 70
"Sabah"a qarşı ancaq belə oynamaq olardı"

"İmişli"nin kapitanı Azər Salahlı Premyer Liqanın 6-cı turunda "Sabah"a məğlub olduqları (1:3) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- Niyə məğlub oldunuz?

- Çətin oyun olacağını bilirdik. "Sabah" Çempionlar Liqasında ölkəmizi təmsil edir. Fürsətdən istifadə edib onlara nüfuzlu yarışda uğurlar arzu edirəm. Düşünürəm ki, "Sabah"a qarşı ancaq belə oynamaq olardı. Kompakt meydanda yer alaraq epizod verməmək. Uzaqdan vurulan zərbələrlə bəxtsiz qollar buraxdıq. Son dəqiqələrə kimi oyunda intriqanı saxlaya bildik. Bu mövsüm "Sabah"a ilk qolu da biz vurduq. Sevindirici məqamlar oldu, amma ən azı 1 xal qazanmaq istəyirdik. Təəssüf ki, olmadı. İrəliyə baxacağıq.

- "Neftçi" və "Sabah" kimi iddialı rəqiblərə qarşı belə yaxşı mübarizə apardınız. Bəs xallar qazanmağa nə çatmır?

- Nə qədər ağır səslənsə də deməliyəm ki, rəqiblərin keyfiyyəti bizdən üstündür. İkinci hissə oyuna daxil olanlar matçın taleyini dəyişə bilirlər. Orda bizim axsayan nöqtələrimiz var. Amma bu oyunları geridə qoyub, dərs çıxarıb dişimizə görə rəqiblərlə oyunlarda qələbələr qazana bilərik.

- Belə məqamda milli fasilənin sizin üçün yerinə düşdüyünü demək olar?

- Məncə, yerinə düşdü. Ronaldo və Vieqaş komandaya yeni qoşulublar. Cəmi 5-6 gün məşq ediblər. Onlar da fürsət olacaq ki, komandanın yeni oyun sisteminə alışsınlar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti