“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona”nın bu mövsümkü çıxışını dəyərləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis Kataloniya klubunun yüksək məhsuldarlığına diqqət çəkib:
“Elə görünür ki, “Barselona” bizdən fərqli olaraq tamamilə başqa bir idman növü ilə məşğuldur. Onların əsl mərkəz hücumçusu yox idi, lakin Rafinya bu rolu öz üzərinə götürdü və artıq 12 qol vurub.
Lamin Yamalın isə 7 qolu var. Onlar həm evdə, həm də səfərdə rəqibə təzyiq göstərir, qərar vermək üçün vaxt tanımır və risk etməkdən çəkinmirlər, hətta bu, qol buraxmaq bahasına başa gəlsə belə.
Belə təəssürat yaranır ki, qol buraxmaq onların oyununu daha da yaxşılaşdırır. Hazırda onlar ən yaxşısıdırlar”.
“Barselona” bu mövsüm La Liqada və Çempionlar Liqasında keçirdiyi 8 oyunun hamısında qalib gəlib və ümumilikdə 36 qol vurub. La Liqada 6 turdan sonra “Atletiko” 16 xalla ikinci, “Barselona” isə 21 xalla birinci pillədə qərarlaşıb.
”Barselona” həmçinin, “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində əsas rəqiblərindən biridir. Komandalar 25 noyabrda Bakıda qarşılaşacaqlar.
