"Neftçi" ilə oyunun cazibəsi neçə nəfəri özünə çəkdi?

02:40 Azarkeş 70
"Neftçi" ilə oyunun cazibəsi neçə nəfəri özünə çəkdi?

Misli Premyer Liqasında 6-cı turun rəsmi protokollarına əsasən, ən çox azarkeş sayı yenə Gəncədə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, "Kəpəz" - "Sumqayıt" matçını stadionda 14 min 500 tamaşaçı izləyib. Bu, turun rekord göstəricisi olub.

Bu göstəricidə ikinci yeri "Turan Tovuz" - "Zirə" matçı tutur - 4000 tamaşaçı.

Sonrakı yerlərdə "Qarabağ" - "Şəfa" (1200), "Sabah" - "İmişli" (1150), "Şamaxı" - "Araz Naxçıvan" (1100) matçları qərarlaşıb. Ən az azarkeş isə "Qəbələ" - "Neftçi" oyununa gəlib - 800 nəfər.

Beləliklə, 6-cı tura stadionlarda ümumən 22 min 750 azarkeş baxıb.

Bu mövsüm ən çox azarkeş rekordu da da Gəncəyə məxsusdur. "Kəpəz" - "Şamaxı" oyununu stadionda 15 min tamaşaçı izləyib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq