Azərbaycan millisi Bakıda təlim-məşq toplanışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, hazırlıq baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında aparılır.
Dünənki hazırlıq prosesi tam heyətlə keçirilməyib. Bəzi legionerlərin komandanın düşərgəsinə bu gün qoşulacağı gözlənilir.
Azərbaycan millisi yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Lixtenşteyn, həmçinin oktyabrın 4-də Litva ilə qarşılaşacaq.
Məşqdən şəkilləri təqdim edirik (Fotolar: AFFA)
