Çempionlar Liqasında Liqa mərhələsi start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk turun azarkeşlər üçün ən bahalı səfər oyunları sıralanıb.
Maraqlıdır ki, ilk sırada Azərbaycan çempionu “Sabah”ın “Mançester Yunayted”lə səfər matçı yer alıb. Bildirilib ki, Mançesterdəki qarşılaşmanı izləmək azərbaycanlı fanatlara baha başa gəlib.
Ümumiyyətlə, “Sabah” azarkeşlərini bu mövsüm turnir çərçivəsində daha 3 uzaq səfər gözləyir. Onlardan ən bahalısı isə məhz “Mançester Yunayted”lə keçirilən oyun olub.
Bakıdan Mançesterə yollanmaq üçün real büdcə 630 funt-sterlinq təşkil edib. Bunun 430 funtu gediş-gəliş ekonom sinif üçün aviabiletə, 200 funtu isə Mançesterdə orta səviyyəli hoteldə iki gecəlik qalmağa hesablanıb.
Bura oyun bileti, yemək, hava limanından transfer və digər xərclər daxil deyil. Onları da əlavə etsək, “Sabah” azarkeşləri bu səfər üçün ümumilikdə 700-800 funt-sterlinq (təxminən 1600-1850 AZN), hətta daha çox xərc çəkib.
Siyahının ilk “5-liy”ində “Napoli” – “Bodo-Qlimt” (700 funt), “Atletiko” – “Vikinq” (700 funt), “Şaxtyor” (Donetsk) – AEK (650 funt) və “Fənərbağça” – “Liverpul” (600 funt) oyunları da yer alıb.
