"Zirə"nin sabiq qapıçısı Tiaqo Silvanın yenidən Azərbaycana qayıtmasından xəbərdarsız.
Dünən məlumat verdiyimiz kimi, 2023-2026-ci illərdə "qartallar"ın şərəfini qorumuş portuqaliyalı "Şəfa" ilə anlaşıb.
28 yaşlı kiper Premyer Liqanın debütantı ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Dörd aya yaxındır klubsuz qalan "əlcək sahibi" heç də başa qiymətə başa gəlməyib. O, aylıq 8000 dollar maaş alacaq.
Razılaşmaya əsasən, qolkiper növbəti sezonu da ölkəmizdə keçirə bilər. Bu, paytaxt təmsilçisinin elitada yerini qoruyub-qorumamasından asılıdır. Hər şey plan üzrə gedərsə, onun əməkhaqqısı 10 min dollardan da artırılacaq.
"Şəfa"nın dörd aydır klubsuz qalan Tiaqo Silvanı bura gətirməsi təsadüfi deyil. Zaur Həşimovun çalışdırdığı komanda çempionatın ilk 6 turu ərzində qaıpıç sarıdan çox problem yaşayıb.
Beş məğlubiyyət alan kollektiv qapısında üst-üstə 11 qol görüb. Və bu görüşlərin əksəriyyətində Nicat Mehbalıyev kobud səhvlərlə yadda qalıb.
Tiaqo Silva "Şəfa"nın 21-ci yeni oyunçusudur.
Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ"), Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko ("Vintentur", İsveçrə), Kristofer Mamengi (“Priştina”, Kosovo), Felipe da Silva Rodrigez ("Vora", Albaniya), Ayxan Əlizadə ("Araz-Naxçıvan"d), Eltun Babazadə ("Qarabağ"), Nurhan Abdıyev, Elmar Məmmədov (hər ikisi "Zirə"), Omar Abdulaye Diav ( “Akren-Lessin”, Belçika) və Vüsal Qənbərov düşərgəyə qoşulub.
SPORTİNFO.AZ
