“Zirə”nin üç legioneri bu ölkələrdən dəvət aldı - FOTOLAR

22 Sentyabr 02:30 Zirə 560
“Zirə”nin üç legioneri bu ölkələrdən dəvət aldı - FOTOLAR

“Zirə”nin üç legioneri – Anje Mutsinzi, İssa Cibrila və Quima milli komandalarına dəvət alıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Anje Mutsinzi Ruanda, İssa Cibrila Niger, Guima isə Mozambik yığmasının heyətinə çağırılıb.

Mutsinzinin formasını geyindiyi Ruanda millisi sentyabrın 25-də Afrika Millətlər Kubokunun 2027-ci il seçmə mərhələsində Liberiyanı qəbul edəcək. Ruanda yığması sentyabrın 29-da isə səfərdə Kabo-Verde ilə qarşılaşacaq.

İssa Cibrilanın çıxış etdiyi Niger millisi sentyabrın 25-də Lesotunu qəbul edəcək. Komanda sentyabrın 29-da isə səfərdə Qabonla üz-üzə gələcək.

Quimanın formasını geyindiyi Mozambik millisi sentyabrın 25-də səfərdə Seneqalla qarşılaşacaq. Komanda sentyabrın 29-da isə Sudana ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə