Dünya çempionu olduq

04:20 Cüdo 55
Dünya çempionu olduq

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.

-100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala layiq görülüblər.

Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"