“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqası ilə UEFA Çempionlar Liqasını müqayisə edib.
Sportinfo.az “Stake Football”-a istinadən xəbər verir ki, argentinalı keçmiş forvard, Premyer Liqada fiziki mübarizənin daha ağır olduğunu bildirib:
“Premyer Liqa inanılmaz dərəcədə tələbkardır. Burada Çempionlar Liqasından daha çox fiziki güc tələb olunur.
Bütün oyunlar fiziki baxımdan çox çətindir. Çempionlar Liqasında isə bütün komandalar yaxşı oynayır, hücumları öz qapılarından qurmağa və topa sahib olmağa çalışırlar.
Buna görə də orada bir qədər asandır. Premyer Liqa isə fərqli futbol növüdür. Hətta sonuncu pillədəki komanda da səni məğlub edə və həyatını çox çətinləşdirə bilər”.
Aquero Avropada “Atletiko”, “Mançester Siti” və “Barselona”nın formasını geyinib. O, Premyer Liqada keçirdiyi 275 oyunda 185 qol vurub və 48 məhsuldar ötürmə verib.
38 yaşlı sabiq futbolçu Çempionlar Liqasında isə 79 matçda 41 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
