Toral zəif oynadı, əvəzləndi, sonra da... VİDEO

21 Sentyabr 02:50 Bizimkilər 529
Toral zəif oynadı, əvəzləndi, sonra da... VİDEO

Türkiyə 1-ci Liqasında 8-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi “Bursaspor” səfərdə “Batman Petrolspor”a 2:1 hesabı ilə qalib gəlib.

Bayramov start heyətdə meydana çıxsa da, 36-cı dəqiqədə - rəqib hesabda 1:0 öndə olan zaman əvəzlənib.

Toraldan əvvəl daha iki komanda yoldaşı da əvəzlənib. İlk hissədə əvəzlənənlərdən yalnız Halil Akbunar zədə səbəbindən meydanı erkən tərk edib.

Toral Bayramov və hücumçu İvan Saraniçin 36-cı dəqiqədə əvəzlənməsinə səbəb isə onların zəif çıxışı olub.

Hazırda “Bursaspor” 19 xalla liderliyini davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!