Kişi komandası Rumıniya ilə heç-heçə etdi, qadınlar Serbiyanı üstələdi

21 Sentyabr 04:30 Şahmat 1 998
Kişi komandası Rumıniya ilə heç-heçə etdi, qadınlar Serbiyanı üstələdi

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Sportinfo.az xəbər verir ki, kişilərdən ibarət komanda V turda Rumıniya ilə üz-üzə gəlib.

Görüş 2:2 hesabı ilə başa çatıb. Azərbaycan komandasının heyətində Rauf Məmmədov qələbə qazanıb, Şəhriyar Məmmədyarov məğlub olub. Aydın Süleymanlı və Məhəmməd Muradlı isə heç-heçə edib.

Qadın şahmatçılarımız Serbiyanı 3:1 hesabı ilə məğlub edib. Günay Məmmədzadə və Xanım Balacayeva qələbə qazanıb. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə rəqibləri ilə xalları yarı bölüblər.

Qeyd edək ki, daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub edib. Çexiya ilə görüş isə heç-heçə bitib - 2:2.

Qadınlardan ibarət milli isə Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveçi və İngiltərəni (hər ikisi 2,5:1,5) məğlub edib.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!