“Onunla yeni müqavilə veriləcək ən yaxşı qərar olardı”

15:40 İspaniya 117
“Onunla yeni müqavilə veriləcək ən yaxşı qərar olardı”

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın baş məşqçisi Hans-Diter Flik, futbolçu Rafinya Diasın klubla yeni müqavilə imzalamasını dəstəkləyib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, braziliyalı oyunçunun yüksək səviyyədə çıxış etdiyini bildirib:

“Rafinya ən yüksək səviyyədə çıxış edir. O, yüksək səviyyəli futbolçudur. Yeni müqavilə? Bu, klub rəhbərliyinin verəcəyi ən yaxşı qərar olardı”.

Rafinyanın yeni müqaviləsinin müddətinin 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olması gözlənilir.

O, 2022-ci ilin yayından “Barselona”da çıxış edir və hazırkı sözləşməsinin vaxtı 2028-ci ilin iyununda başa çatacaq.

“Barselona” və “Sabah” 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsində Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti