“Neftçi”dən 1000-ci haqq-hesab

22 Sentyabr 01:20 Neftçi 241
“Neftçi”dən 1000-ci haqq-hesab

“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, komandanın yubiley – 1000-ci oyununa təsadüf edib.

Bakı klubu Misli Premyer Liqasının VI turunda “Qəbələ”yə qalib gəlib – 3:0. Bu, 242-ci səfər qələbəsi olub.

“Ağ-qaralar” evdə 301, neytral meydanda 7 dəfə qalib gəlib. “Neftçi” “Qarabağ”dan sonra 550 və ya daha çox qələbə qazanan 2-ci komanda kimi tarixə düşüb.

Paytaxt klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev matçında gerçəkləşib – 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM