“Barselona” Messi üçün vida planı qurdu

00:10 İspaniya 104
“Barselona” Messi üçün vida planı qurdu

“İnter Mayami”nin hücumçusu Lionel Messi 2021-ci ildə “Barselona”dan ayrılarkən göz yaşlarını saxlaya bilməmişdi.

Kataloniya klubu maliyyə problemləri səbəbindən argentinalı futbolçuya yeni müqavilə təklif edə bilməmiş və onunla yollarını ayırmışdı.

Həmin vaxt “Barselona” koronavirus məhdudiyyətləri də daxil olmaqla, müxtəlif səbəblərdən Messiyə layiqli vida mərasimi təşkil edə bilməmişdi.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, kataloniyalılar bu vəziyyəti düzəltməyi planlaşdırır.

Klub prezidenti Xuan Laporta açıqlamasında “Kamp Nou”nun yenidən qurulması tam başa çatdıqdan sonra Messi üçün xüsusi tədbir təşkil etmək istədiklərini bildirib.

Messiyə həsr olunmuş tədbirin 2028-ci ildə “Kamp Nou”da keçirilməsi nəzərdə tutulur. Ancaq stadiondakı yenidənqurma işləri daha tez başa çatarsa, mərasim 2027-ci ildə də təşkil oluna bilər.

Plan reallaşarsa, “Barselona” “Joаn Qamper kuboku” çərçivəsində 39 yaşlı Messinin hazırda çıxış etdiyi “İnter Mayami” ilə qarşılaşa bilər.

Bu turnir ənənəvi olaraq, mövsüm başlamazdan əvvəl “Barselona”nın keçirdiyi bir matçdan ibarət olur.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”