“NEFTÇİ”: “Transfer siyasətini təkmilləşdirdik, daha keyfiyyətli oyunçuları bura gətirdik”

02:30 Neftçi 128
“NEFTÇİ”: “Transfer siyasətini təkmilləşdirdik, daha keyfiyyətli oyunçuları bura gətirdik”

“Birincisi, “Sabah”ın Çempionlar Liqasının qrup mərhələsində oynamasından qürur duyuruq.

Bir azərbaycanlı olaraq hər birimiz qürurluyuq, çünki komanda orada ölkəmizi təmsil edir”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer deyib.

“Neftçi” rəsmisi rəhbərlik olaraq digər klublarla yaxşı münasibətdən və onların uğurlarına sevindiklərini qeyd edib:

“Biz “Neftçi” olaraq ölkə futbolunun ən köklü, ən qədim klubu kimi öz vəzifəmizi və tutduğumuz mövqeyi çox yaxşı bilirik.

Digər komandaların da yüksələn səviyyədə bizimlə bərabər çempionatlarda olmasının, təkcə Premyer Liqa deyil, Birinci Liqanın da hər zaman hazır, dinamikası yüksək komandalarla mübarizə aparmasının uğuru kollektiv şəkildə gətirəcəyinə inanırıq.

Çempion bir komanda olacaq, kuboku bir komanda qazanacaq. Amma nəticə etibarilə o mübarizənin içərisində “Neftçi” olmalıdır.

Bəli, bir neçə ildir geridə qaldıq. Azarkeşlərimizi üzdük, özümüz də üzüldük. Amma biz bir inkişaf planı çərçivəsinə daxil olmuşuq.

Bazamızdan tutmuş stadionumuza qədər bir çox sahədə inkişaf etdik, transfer siyasətini təkmilləşdirdik. Nəticə etibarilə daha keyfiyyətli oyunçuları bura gətirdik.

Mövsümün ilk oyunundan öncə mənim mətbuata müsahibəm oldu və orada da bunu izah etdim. Bunun həm elmi, həm texniki tərəfini, həm də bazar araşdırmasını doğru apararaq, komandamızı qüvvətləndirəcək bütöv bir çalışma çərçivəsindəyik.

Bu mövzu ilə əlaqədar hər gün çalışmaya, axtarışlarımıza və araşdırmalarımıza davam edirik, edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"