"Qarabağ" qarşıdakı müddətdə daha neçə oyunçu alacaq?

17:40 Qarabağ 149
"Qarabağ" qarşıdakı müddətdə daha neçə oyunçu alacaq?

"Tamamilə yeni komanda qururuq və dayanmaq fikrində deyilik" - Qurban Qurbanov.

İlin əvvəlindən başlayan, öncə səssiz, yaydan etibarən səs-küy doğuran islahatlar hələ bitməmiş demək.

Ölkəmizin bir nömrəli baş məşqçisinin açıqca, rahatca söylədiyi budur.

Davamı gələcək. Yenə gedən(lər) və yenə gələn(lər) olacaq. Sayı, rəqəmi biz deyə bilmərik.

Ehtimal edə bilərik ki, növbəti kadr dəyişikliyi 1-2 nəfərlə məhdudlaşmayacaq. Qurban Qurbanovun fikri, rəyi və ən əsası, qərarı qətidir.

O, birmənalı şəkildə «qabıq» dəyişməyin tərəfdarıdır. Komandanın içində olan, burada baş verən hadisələrin mərkəzində dayanan bir fiqurant kimi görür proses hara aparır, nə ola bilər, nə ola bilməz.

Biz təxmin edərik nəyisə. Və bu təxmilərimiz yerini tutmaya bilər. Çünki biz kənardayıq - klubun 100, komandanın 1000 metrliyində.

Buradan isə hər şey olduğu kimi görünmür. Çox şey var ki, biz media onlardan biqafilik və hər eşitdiyimiz xəbərin doğrulanmaq faizi yüksək deyil.

Nədən ki, «Qarabağ» qapalı qutudur və burada bütün qərarlar ehtiyatla verilir.

Tamamilə yeni komanda quruculuğu hələlik ləng gedir. Zamandan nə alacaq? Ağır sualdır və proqnoz vermək çətindir.

Qurbanov həmişə oynatdığı futbolun bir üst qatına çıxacaq komanda yaratmaq istəyir və deməli, biz ən azı, 5-6 ay da gözləməliyik.

«Şəfa» bu çempionatın debütantı və zəiflərdən biridir. Müdafiədə blok qurmuş «Şəfa»nın qapısı ağzında real təhlükə yaratmağa çətinlik çəkən, axtardığı qolu penaltidən tapan «Qarabağ»da görüləcək işlərin miqyası çoxdur.

«Neftçi»nin 4, «Qəbələ»nin 2, «Sabah»ın qol vurduğu rəqibə «Qarabağ»ın belə çətinliklə qalib gəlməsi Qurban Qurbanovu iki dəfə düşündürməlidir - buna qədər edilən transferlərin doğru olub-olmaması sualı ətrafında.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti