“Sabahın Ulduzları” Bakı Kubokunda U-15 liqasının yarımfinal oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, günün ilk matçında “Ulduz” “Qarabağ”a qaliv gəlib.
Digər yarımfinal matçında isə “Neftçi” və EFA-dan üstün olub.
"Ulduz" – "Qarabağ" - 1:0
Qol: N. Bəylərli, 12
"Neftçi" – EFA - 4:2
Qollar: H. Əliyev, 27, S. Orucov, 55, Q. Babayev, 60 (pen.), 63 – T. Zahidov, 20, 66
Beləliklə, finalda "Ulduz" və "Neftçi" qarşılaşacaq. Final oyunun tarixi hələlik dəqiqləşməyib.
