“Neftçi”yə lazım olmadı, işsiz qaldı, ikinci liqa klubuyla anlaşdı - FOTO

21 Sentyabr 23:00 Neftçi 2 308
“Neftçi”yə lazım olmadı, işsiz qaldı, ikinci liqa klubuyla anlaşdı - FOTO

Kristian Kostin özünə klub tapıb.

Rumıniyalı cinah müdafiəçisi karyerasını vətənində davam etdirəcək.

May ayında “ağ-qaralar”dan ayrılandan sonra müxtəlif ölkələrin yüksək liqalarına “qarmaq atan” 28 yaşlı futbolçu istəyinə çatmayıb.

Agentlər ona hec cür kömək edə bilməyib.

Nəticədə Rumıniyanın 2-ci liqasında mübarizə aparan “Kindiya”nın təklifini qəbul edib. Aylıq 2500 avro maaşa.

2025-ci ilin yayında “Neftçi”ylə 1+1 şərti ilə sözləşmə imzalayan Kostin ötən mövsüm 7 oyunda şans qazanmaqla 2 assistlə yadda qalmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə