Azərbaycanlı hücumçu Almaniyada növbəti dubluna imza atdı

22 Sentyabr 00:50 Bizimkilər 282
Azərbaycanlı hücumçu Almaniyada növbəti dubluna imza atdı

Almaniyada Şimal-Şərq Regional Liqasının 10-cu turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfat Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su evdə “Maqdeburq-2”ni 4:1 hesabı ilə darmadağın edib.

Dadaşov start heyətində meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. O, matç ərzində dubl edib.

Hazırda “Dinamo” 18 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM