Azərbaycanın U-20 millisi Qəbələdə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, yığma “Qəbələ” ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi toplanış çərçivəsində daha 2 yoxlama matçı keçirəcək.
Yığma oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunların başlanma saatı ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.
U-20-nin təlim-məşq toplanışı oktyabrın 6-dək davam edəcək.
