Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Yunayted” və “Sabah” arasında keçirilən qarşılaşmanı (4:0) fransalı hakim Villi Delajo idarə edib.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı referi daha əvvəl də Azərbaycan klublarının oyunlarını idarə edib.
Delajo ilk dəfə 2021-ci ildə “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirdiyi görüşdə baş hakim olub. Bakıdakı matç 3:3 hesabı ilə başa çatıb.
O, 2022-ci ildə “Qarabağ”ın oyununda VAR hakimi kimi fəaliyyət göstərib. Fransalı Avropa Liqasının qrup mərhələsində keçirilən “Frayburq” – “Qarabağ” matçında video köməkçi hakim olub. Həmin qarşılaşmada baş hakim Erik Lambrext idi.
Delajo 2023-cü ildə isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “HİK” – “Qarabağ” qarşılaşmasını idarə edib. Ağdam təmsilçisi həmin oyunda 2:1 hesablı qələbə qazanıb.
Onun “Qarabağ”la növbəti görüşü 2024-cü ildə olub. O, Avropa Liqasının Liqa mərhələsində “Tottenhem” – “Qarabağ” matçının baş hakimi olub. İngiltərə klubu 3:0 hesabı ilə qalib gəlib.
Fransalı referi artıq “Sabah”ın da oyununu idarə edib. O, avqustun 11-də Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah” – Danimarkanın “Orhus” qarşılaşmasında baş hakim olub. Azərbaycan klubu həmin görüşdə 4:0 qalib gəlib.
Beləliklə, Delajonun baş hakim kimi idarə etdiyi Azərbaycan klublarının oyunlarında “Neftçi” və “Sabah” 1, “Qarabağ” isə 2 dəfə meydana çıxıb.
