"Qarabağ"ın onunla əlaqəli son paylaşımı - AYRILIQ VİDEOsu

21 Sentyabr 03:50 Qarabağ 623
"Qarabağ"ın onunla əlaqəli son paylaşımı - AYRILIQ VİDEOsu

“Qarabağ” Mateuş Koxalskinin transferi ilə bağlı “Vyeçista”nın (Polşa) təklifini və onun öz istəyini nəzərə alaraq müsbət cavablandırıb.

Sportinfo.az xəbər verir ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib.

O, "köhlən atlar" ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə