O yox, “Banqa”nın müdafiəçisi Azərbaycana gəlməli olacaq

03:30 Hadisə 86
O yox, “Banqa”nın müdafiəçisi Azərbaycana gəlməli olacaq

Litva millisinin heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, TOPLYGA-da keçirilən oyunda zədələnən Dominikas Barauskasın əvəzinə “Banqa”nın müdafiəçisi Deividas Maljinskas yığmaya dəvət olunub.

U-21 millisinin sabiq üzvü üçün bu, əsas milli komandaya ilk çağırış olub. O, bu mövsüm TOPLYGA-da keçirdiyi 25 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Millimiz UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"