“Qəbələ”də onun yolunu gözləyirlər

29 İyun 2022 21:20 Qəbələ 948
“Qəbələ”də onun yolunu gözləyirlər

Avropa Konfrans Liqasında “Fehevar”la qarşılaşacaq “Qəbələ” hazırlıqlarını doğma Qəbələdə davam etdirir.

İyunun 20-də bir araya gələn bölgə təmsilçisi bu ayın son gününə qədər Qəbələdə hazırlıq keçəcək.

Baş məşqçi Elmar Baxşıyevi qayğılandıran əsas məsələ komandanın komplektəşməsidir ki, bu yöndə çalışmalar davam edir.

İndiyə qədər 3 futbolçunu – Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santosu rənglərinə bağlayan “qırmızı-qaralar” tanış legionerin yolunu gözləyir.

Bu, son 2 mövsümü “Qəbələ”də keçirən Stefan Vukçeviçdir. Monteneqrolu yarımmüdafiəçi karyerasını bu komandada davam etdirməyə qarşı deyil. Elmar Baxşıyev də Stefanın xidmətində maraqlıdır.

Bunun üçün monteneqrolu “Qəbələ”nin maliyyə şərtini qəbul etməlidir. Başqa təklifləri də gözdən keçirən səbəbkar tələsmək istəmir.

“Qəbələ” də isə onun yolunu gözləyirlər. Komandadakı ab-havaya və oyun üslubuna bələd olan oyunçu “qırmızı-qaralar”a faydalı ola bilər.

Vukçeviç “hə” deyəcəyi təqdirdə qapılar üzünə açılacaq. Belə deyək, son söz futbolçunundur.

HƏBİB / SPORTİNF.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu