“Klubdan milliyə o qədər də yaxşı vəziyyətdən gəlmirəm”

00:30 Milli komanda 129
“Klubdan milliyə o qədər də yaxşı vəziyyətdən gəlmirəm”

“Debütümün belə olacağını təsəvvür edirdim, çünki klubdan o qədər də yaxşı vəziyyətdən gəlmirəm, oyun vaxtı almırdım”.

Sportinfo.az xəbər verir ki, bunu Litva yığmasının yarımmüdafiəçisi Adrian Likunas UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

Yığmasının heyətində ilk matçını keçirən 20 yaşlı oyunçu özünün üstün cəhətlərini də sadalayıb:

“Milli top səviyyədədir. Hamı mehribandır, məni kollektivə çox yaxşı qəbul etdilər.

Məşqçi məsləhətlər verir və mənə çox kömək edir. Özümün üstün cəhətlərimi də bilirəm – sürət, güc, çox qaçmaq bacarığı və meydanın sonuncu hissəsində birəbir mübarizələrdə oynamaq qabiliyyəti”.

Bu komandalar arasında cavab oyunu oktyabrın 4-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?