“İbrahim, çölə” şüarından sonra stadionu tərk etdi - VİDEO

30 Sentyabr 00:00 Türkiyə 333
“İbrahim, çölə” şüarından sonra stadionu tərk etdi - VİDEO

UEFA Millətlər Liqasının A Liqasında Türkiyə yığmasının İtaliyaya böyük hesabla (1:4) məğlubiyyəti böyük qalmaqala səbəb olub.

Sportinfo.az xəbər verir ki, Bursada keçirilən qarşılaşmada Türkiyə milli komandasının 1:4 hesabı ilə geridə olması azarkeşlərin səbir kasasını daşırıb.

Milli komandanın biabırçı oyunu fonunda tribunaları dolduran minlərlə fanat Türkiyə Futbol Federasiyasının (TFF) başqanı İbrahim Hacıosmanoğlunu hədəf alıb.

Azarkeşlər birgə şüarlarla “TFF istefa” və “İbrahim, çölə” qışqıraraq federasiya rəhbərliyini sərt şəkildə tənqid ediblər. Etirazların kəskin formada davam etməsindən sonra isə TFF başqanı meydanı tərk edib.

Həmin görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM