II Liqada beşinci tura yekun vurulub.
«Ağstafa Gəncləri» doğma rayonda «Ağdaş»ı qəbul edib.
Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Ev sahiblərinin hücumçusu Elçin Qasımov het-trikə imza atıb.
O. rəqib müdafiəçilərin mövqe səhvindən istifadə edərək, bir-birindən asan qollar vurub. Qonaqların gücü iki qola çatıb.
Altı qolun qeydə alındığı matçı 80 tamaşaçı izləyib. Amma bu da son olmaya bilərdi.
İstər yerli komanda, istərsə də ağdaşlılar bir çox qol fürsətləri qaçırmaqla yadda qalıb. Xüsusən boş «çərçivə»yə endirilən əksər zərbələrin hədəfə düşmədiyini qeyd etməliyik.
«Ağstafa Gəncləri» bu qalibiyyət sayəsində xallarının ümumi sayını 9-a çatdırıb və turnir cədvəlində 5-ci pilləyə yüksəlib. «Ağdaş» isə 3 xalla 11-ci pillədə qalıb.
SPORTİNFO.AZ
“Ağstafa Gəncləri” - “Ağdaş” 4:2
Ağstafa şəhər stadionu. 80 tamaşaçı
Baş hakim: Elçin Abdullayev
Baş hakimin köməkçiləri: Ağadur Mahmudov, Elvin Mədətov
Dördüncü hakim: Mehdi Yusifov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Şirməhəmməd Məmmədov, 4 (qeyri-idman hərəkəti) // Nurlan Ağabəyov, 81 (qeyri-idman hərəkəti)
Qollar: Elçin Qasımov, 37, 61 (p.), 71; Elgün Namazov, 44 // Araz Kərimxanov, 48; Səbuhi Ağayev, 85
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
“Ağstafa Gəncləri”
16. Ülvi Quliyev
8. Elgün Namazov (k)
22. Adil Tağıyev
(21. Elgün Qəhrəmanov, 76)
4. Şirməhəmməd Məmmədov
(6. Qəşəm Məmmədov, 46)
2. İlkin Allahverdiyev
18. Eldost Qiyasbəyli
(17. Elgün Salıfov, 76)
24. Eşqin Kərimli
13. Ramin Süleymanov
3. Nicat Oruclu
20. Elçin Qasımov
(15. Yunis Hüseynov, 79)
7. Hüseyn Alıyev
Ehtiyat oyunçular:
1. Elgün Əmiraslanov
23. Uğur Məmmədhüseynov
19. Tunar İsgəndərli
Baş məşqçi: Əli Bağırov
“Ağdaş”
5. Vasif Nəsirov
3. Səbuhi Ağayev (k)
7. Elçin Süleymanov
17. Ramal Əhmədov
(20. Hüseyn Hüseynov, 67)
10. Ümid Mahmudov
24. Nail Təhməzli
26. Taleh Yusifli
27. Rəvan Əliyev
90. Araz Kərimxanov
6. Rüfət Bədəlzadə
36. Nurlan Ağabəyov
Ehtiyat oyunçular:
Baş məşqçi: Aqil Mirzəyev
