"Mövsümü istədiyimiz kimi tamamladıq" - Elmar Baxşıyev

21 May 2022 19:25 Qəbələ 527
"Mövsümü istədiyimiz kimi tamamladıq" - Elmar Baxşıyev

"Oyun çox dinamik alındı. Cari mövsümdə son matçımız olsa da, komandalar meydanda məzmunlu oyun nümayiş etdirdilər. Çoxlu sayda qol epizodları yaratdıq. Sonda qalib də gələ bilərdik. Komandam verilən taşırıqları yerinə yetirməyə çalışdı".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın sonuncu - XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis mövsümü istədikləri kimi tamamladıqlarını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti