"Qarabağ"lı müdafiəçinin sillə vurduğu hücumçu “Sportinfo”ya nə dedi?

30 Noyabr 2021 19:40 Qəbələ 1 837
"Qarabağ"lı müdafiəçinin sillə vurduğu hücumçu “Sportinfo”ya nə dedi?

Dünən baş tutan "Qəbələ" - "Qarabağ" oyunu ətrafında müzakirələr hələ də davam edir.

Hər iki komandanın ifasında maraqlı oyunla yadda qalan matça, həm də baş hakim kobud səhvi ilə damğa vurmuş oldu.

Belə ki, ikinci hissənin gedişində ağdamlıların mərkəz müdafiəçisi Kevin Medina cərimə meydançasında meydan sahiblərinin hücumçusu Ülvi İsgəndərovu açıq-aşkar sillə ilə vurdu.

Penalti və qırmızı vərəqə ilə dəyərləndirilməli epizoda hakimin fiti susdu. Qalmaqallı epizodun iştirakçısı olan İsgəndərli Sportinfo.az-a başverənləri belə nəql edib:

"Qarabağ"ın gücünə hər kəs bələddir. Güclü rəqibə qarşı çox yaxşı hazırlaşmışdıq. Medina ilə aramızda yaşanan epizoda gəldikdə isə 100%-lik penal idi.

Açığı, oyunun içində onun bilərəkdən belə hərəkət eləmədiyini düşündüm. Amma təkrarına baxanda görünür ki, bilərəkdən sillə vurur".

Adətən belə epizodlarda zərərçəkən tərəf etiraz edir, hakimdən haqqını istəyir. Amma məlum epizoddan sonra Ülvi heç nə olmayıbmış kimi oyuna davam etdi. Görəsən, niyə?

Bombardiri dinləyək: "Etiraz etsəydim belə, yenə penal verilməyəcəkdi. Qarşılığında mənə vərəqə verilə bilərdi. Hə, onda etiraz edərdim ki, videotəkrar olsaydı".

Digər Xəbərlər
Xəbər Lenti