"Qəbələ"nin 13 hissəsi, yaxud yeni möcüzə

17 Oktyabr 2021 09:40 Qəbələ 923
"Qəbələ"nin 13 hissəsi, yaxud yeni möcüzə

3 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət.

«Qəbələ» Premyer Liqanın birinci dövrəsini ən sürpriz komandasıdır.

Yeni mövsümün hazırlığına hamıdan gec start verən, imkansızlıq üzündən ölkədən kənara çıxa bilməyən, düşərgəsi boşalıb dolan, dolub boşalan klubun bir göz qırpımında toparlanması, özündə güc tapması inanılmazdır.

12 xal möcüzədir. «Qəbələ» bu 7 turda meydana ayaq basdığı 14 hissənin 13-də əla təsir bağışlayıb.

Yalnız «Zirə» ilə dünənki oyunun ilk yarısında özlərinə bənzəmədilər. 70-75 dəqiqə meydan sahibi olduqlarını unutdular.

Müdafiədə çoxlu boşluqlar verdilər. Əks-hücumlarda ləng tərpəndilər. Düşünülmüş taktiki gedişlər sərgiləmədilər. Ümumiyyətlə, karıxmış halda göründülər.

Amma oyunun qalan bölümündə elə «hücum kalonu» ilə irəli şığıdılar ki, nəinki ikinci, həta üçüncü və dördüncü qolu vurmaq şansı əldə etdilər.

Yaranmış imkanlardan minimum dərəcədə yararlanmaq problemi ötən mövsüm də var idi və «Qəbələ»nin o günlərə qayıtması Elmar Baxşıyevi narahat etməlidir.

Sevinsin, nə yaxşı ki, ehtiyat skamyada Ülvi İskəndərli kimi birisi əyləşib. Canni De Byazinin də milliyə çağırdığı hücumçu «Qəbələ»nin Mario Jardelidir.

Yaradan bu gənc oğlana əsl forvard keyfiyyətlərinin bir çoxunu verib. Bərabərlik qolunun vurulduğu epizod, doğrudan da, bal kimi ləzzətli alındı.

Ülvi sürətli «tiki-taka» ilə qurulan kombinasiyanın yekununu yaxın küncə fırlatdığı zərbə ilə tamamladı.

Bu qolu izləyənlər qoy desin – azərbaycanlı hücumçuların neçəsi o vəziyyətdə topu qapıya göndərmək fikrinə düşərdi? Ağıl gözəl və əvəzsiz nemətdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti