5:0-dan sonra: "Bu, komandanın potensialı deyil" - QƏBƏLƏDƏN FOTOREPORTAJ

19 Sentyabr 2021 09:00 Qəbələ 1 024
5:0-dan sonra: "Bu, komandanın potensialı deyil" - QƏBƏLƏDƏN FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Turun ilk oyunu Qəbələ şəhər stadionunda keçirilib.

Mövsümün ilk üç oyunundan sonra liderlər qrupunda qərarlaşan “Qəbələ” və “Səbail” üz-üzə gəlib. “Qırmızı-qaralar” meydana ötən turdakı start “11-liy”i ilə çıxıb.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Elmar Baxşıyevin yetirmələri cüzi ərazi üstünlüyünə malik olub.

Daha kəsərli hücumlar edən “Qəbələ” 15-ci dəqiqədə hesabı açmaq üçün ilk imkan qazanıb. Yaovi Akakponun geriyə ötürməsini Stefan Vukçeviç qüvvətli zərbə ilə tamamlasa da, top tirin üstündən keçib.

Hissənin ortalarından başlayaraq “qırmızı-qaralar” təzyiqi artırıb. Belə hücumların biri Rövlan Muradovun təxminən 20 metrdən qapını nişan alması ilə nəticələnib. Qonaqları qapıçısı topu xilas edib.

Müdafiədə qapanmayan bakılıların azsaylı təhlükəli hücumları da yaddaqalan olub. Nicat Mehbalıyev əvvəl Əfran İsmayılovun, ardınca Turan Manafovun zərbəsini küncə çıxarıb.

“Qırmızı-qaralar” fasiləyə üstün yollanmaq şansı qazansa da, Rövlan Muradov əlverişli mövqedən çərçivəyə düşməyib. Rafael Utziqin sağ cinahdan cərimə meydanına ötürməsini Yaovi Akakpo Rövlana ünvanlasa da, sonuncu topu tirin üstündən vurub.

İkinci hissənin əvvəlində “Qəbələ” real qol imkanı əldə edib. Topu rəqibdən “oğurlayan” İsnik Alimi Asif Məmmədovu qapıçı ilə üz-üzə qoyub.

Lakin kapitanın zərbəsini qolkiper dəf edib. 50-ci dəqiqədə əvəzlənən Yaovi Akakpo oyunu davam etdirə bilmədiyi üçün əvəzlənib.

Hücumlarını davam etdirən komandamız ardıcıl qol imkanları yaradıb. Asif Məmmədovun yaxın, İsnik Aliminin uzaq zərbələrindən sonra hesab açılmayıb.

“Qəbələ” ikinci hissənin ortalarında istəyinə çatıb. Rövlanın təxminən 18 metrdən endirdiyi zərbə rəqib futbolçuya toxunaraq qapıdan keçib – 1:0.

Qoldan iki dəqiqə keçməmiş komandamız növbəti imkan əldə edib. Amma qapıçı ilə üz-üzə qalan Rafael Utziq dueldən məğlub ayrılıb.

Buraxılan qoldan sonra paytaxt təmsilçisi fəallığı artırsa da, “qırmızı-qaralar” təşəbbüsü əldən verməyib. Sürətli hücumların birində Rafael Utziq daha bir qol imkanını əldən verib.

“Qəbələ” oyunun sonlarında da meydanda dominantlıq edərək rəqib qapısına daha dörd dəfə yol tapıb. İlk iki qola oyuna sonradan daxil olan futbolçular imza atıb.

Asif Məmmədovun ötürməsindən sonra Ülvi İsgəndərov fərqi artırıb. Bu, onun mövsümdə üçüncü qolu olub. Ardınca Ehtiram Şahverdiyev cərimə meydanı daxilindən uzaq küncü nişan alıb.

Görüşün sonlarında Rafael Utziq Omar Haninin daban ötürməsini qola çevirib. Matçda son nöqtəni braziliyalının ötürməsini qapayan İsnik Alimi qoyub – 5:0.

Mövsümdə ilk böyükhesablı qələbəsini qazanan “Qəbələ” ardıcıl üçüncü dəfə meydanı üç xalla tərk edib. Xal hesabını 10-a çatdıran komandamız turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Oyunun çətin keçəcəyini bilirdik. Komandanı ağır matça hazırlamışdıq.

Son iki mövsümdə “Səbail”lə ev görüşlərində qalib gələ bilməməyimiz komandaya əlavə motivasiya verirdi. Futbolçular verilən tapşırığı meydanda layiqincə yerinə yetirdilər.

Omar Hani potensialının 50 faizini göstərir. Məşqdə də hiss edirik ki, hələ optimal formada deyil. Əlbəttə, öz formasına çatsa, daha yaxşı Omar görəcəyik.

İlk hissədə də komanda rahat oynayır, necə hücum etməyi bilirdi. Fasilədə bir neçə korrektə etdik, bəzi zonalara diqqəti artırdıq. İkinci yarıda futbolçularımız daha artığını göstərdi.

Bu, komandanın potensialı deyil və daha yaxşı ola bilərik. İnanıram ki, oyun planında daha yaxşı olacağıq. Ülvi İsgəndərov lazımi anda oyunu gücləndirə biləcək futbolçudur.

Sevindiricidir ki, komandaya fayda verə bilir. Yaovi Akakponun zədəsi ciddiyə bənzəyir, amma tibbi müayinədən sonra dəqiqləşəcək”.

“Qəbələ” – “Səbail” 5:0

Qəbələ şəhər stadionu, 1000 tamaşaçı

Baş hakim: Rauf Allahverdiyev

Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Kamran Bayramov

Dördüncü hakim: Rəşad Əhmədov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Sarı vərəqələr: Rafael Utziq, 22 (qeyri-idman hərəkəti); Stefan Vukçeviç, 34 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 35 (hakimin qərarına etiraz); İsnik Alimi, 81 (qeyri-idman hərəkəti) // Rauf Əliyev, 3 (qeyri-idman hərəkəti); Domantas Şimkus, 52 (qeyri-idman hərəkəti); Ədilxan Qarəhmədov, 81, 86 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Ədilxan Qarəhmədov, 86

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elmar Baxşıyev, 47 (hakimin qərarına etiraz)

Qollar: Rövlan Muradov, 65; Ülvi İsgəndərov, 84; Ehtiram Şahverdiyev, 89; Rafael Utziq, 90+1; İsnik Alimi, 90+5

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 6 dəq.

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(14. Ülvi İsgəndərov, 79)

11. Asif Məmmədov (k)

(7. Ehtiram Şahverdiyev, 86)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov

17. Yaovi Akakpo

(10. Omar Hani, 51)

8. Stefan Vukçeviç

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

Ehtiyat oyunçular:

1. Kristof Atanqana

36. Elməddin Sultanov

6. Kamal Mirzəyev

77. Emil Səfərov

88. Gülağa Əsədov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

33. Hüseyn Mürsəlov

Baş məşqçi: Elmar Baxşıyev

“Səbail”

25. Elxan Əhmədov

3. Turan Manafov

5. Adil Nağıyev

11. Rauf Əliyev (k)

22. Əfran İsmayılov

(7. Mirsayib Abbasov, 73)

6. Cabir Əmirli

19. Ruslan Hacıyev

(17. Elçin Rəhimli, 62)

33. Domantas Şimkus

(10. Cavid Tağıyev, 84)

34. Yurqen Qoxa

32. Nikolas Raysel

77. Ədilxan Qarəhmədov

Ehtiyat oyunçular:

1. Kamran Ağayev

31. Nail Alışov

8. Elşən Abdullayev

21. Məhəmməd Mirzəbəyov

30. Camal Araqo

2. Elton Əlibəyli

88. Elmir Tağıyev

20. Orxan Fərəcov

38. Zeynəddin Abdurahmanov

Baş məşqçi: Aftandil Hacıyev

Digər Xəbərlər
Xəbər Lenti