Məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirildi

24 Sentyabr 04:40 Atçılıq 384
Məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirildi

Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən bildirilib.

Təlimi təhlükəsiz idman üzrə məsul şəxs Vüsal Baloğlanov keçib.

Tədbirdə məşqçilərə müxtəlif suallar ünvanlanıb, idman mühitində qarşılaşa biləcək situasiyalar üzrə praktiki tapşırıqlar təqdim olunub.

İştirakçılar real vəziyyətlərin necə qiymətləndirilməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!