“Hazırda mənim üçün pul o dərəcədə önəmli deyil”

23 İyul 2021 16:40 Qəbələ 824
“Hazırda mənim üçün pul o dərəcədə önəmli deyil”

"Toplanışın ilk hissəsin Qəbələdə keçdik. Hazırda toplanışı Bakıda davam etdiririk.

Bakıda yoxlama oyunlarımız oldu. Hər şey qaydasındadır.

Əsas odur zədə problemimiz yoxdur. Yeni oyunçular komandaya qoşulandan sonra daha da yaxşı olacaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında təlim-məşq toplanışından danışan "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov deyib.

34 yaşlı futbolçu komandanın gələcək perespektivləri ilə bağlı isə bunları deyib: "Yeni mövsüm necə olacağını zaman göstərər. Gələn oyunçulardan çox şey asılıdır.

Elmar müəllim nə qədər ki, burdadır, eyni sistem davam edəcək. Yeni futbolçular uyğunlaşa bilsə, ötən mövsümdən də yaxşı olar".

O, gələcək karyerası ilə bağlı hələ qərar vermədiyini bildirib: "Baxıram ki, hər şey yaxşıdır. Hər zaman demişəm, baxacam ki, bir balaca axsama var, artıq onda gedəcəm.

“Mənim işim bura qədərmiş” deyib, vəziyyəti qəbul edəcəm. Bu, çempionatın əvvəlində də, ortası da ola bilər.

Bu barədə hələ qəti bir fikrim yoxdur. Bədəndə güc varsa, davam edəcəm. Hazırda mənim üçün pul o dərəcədə önəmli deyil.

5-10 gün evdə qalanda adam darıxır. Futbol bir xəstəlikdir. Bir gün məşq etməyəndə narahat oluram. İndi bitirəndə gör necə olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?