"AFFA-nın klubumuza maliyyə yardımı ayırması artıq dəqiqləşib"

16 İyun 2021 09:40 Qəbələ 864
"AFFA-nın klubumuza maliyyə yardımı ayırması artıq dəqiqləşib"

«AFFA-nın klubumuza maliyyə yardımı ayırması artıq dəqiqləşib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.

AFFA ötən mövsüm "Qəbələ"yə 1 500 000 milyon, "Zirə"yə 500 000, "Sumqayıt"a 300 000, "Səbail"ə isə 200 000 manat vəsait ayırıb.

O, klubun prezidenti Fariz Nəcəfovun federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdüyünü və tərəflərin cari məsələləri müzakirə etdiyini bildirib:

«Yaxınlarda AFFA rəhbərliyi ilə növbəti görüş olmaalıdır. Akademiya, əvəzedici komandanın bərpası və digər məsələlər var ki, onlara aydınlıq gəlməlidir.

Yəni ki, AFFA-nın «Qəbələ»yə vəsait ayıracağını bilirik, bircə yardımın nə qədər olacağı məlum deyil.

Bakıda indi böyük futbol tədbiri – Avropa çempionatının oyunları keçirilir, AFFA-nın başı ora qarışıqdır. Biz də bunu başa düşürük və gözləyirik.

Klubumuzun prezidenti Fariz Nəcəfovun ondan sonra Elxan müəllimlə növbəti görüşü nəzərdə tutulub».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!