"Qəbələ"nin "Sabah" işi

13 May 2021 10:40 Qəbələ 514
"Qəbələ"nin "Sabah" işi

Mayın 14-də Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. “Qəbələ” öz meydanında “Sabah”la görüşəcək.

Bu, “qırmızı-qaralar”ın cari mövsümdə son ev oyunu olacaq.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, komanda paytaxt təmsilçisi ilə 15-ci dəfə qarşılaşacaq. Əvvəlki 14 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən komanda 1 dəfə heç-heçə edib və 5 oyunda uduzub.

Keçirilən görüşlərdə 17 qola sevinən futbolçular 14 top buraxıb. Davit Volkovla Klesio Bauk “Sabah”ın qapısına daha çox - hərəyə 3 qol vurublar.

Rəqiblər çempionatda 10 dəfə üz-üzə gəlib. “Qəbələ” 4, “Sabah” 5 dəfə qalib gəlibsə, bir görüş heç-heçə bitib. 9 qol vuran “qırmızı-qaralar” öz qapısından 12 top buraxıb.

“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 1 heç-heçəsi olan komanda yalnız 1 matçda məğlub olub. Bu oyunlarda 10 qola sevinən futbolçular 7 top buraxıb.

Mayın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 17:00-da başlayacaq.

2018/19 mövsümü

16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Marko Deviç, 23

04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52

16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0

Filip İvanoviç, 45 (ö.q.)

20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1

Ceyms Adeniyi, 80

09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Rauf Əliyev, 31

01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0

2019/20 mövsümü

14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1

Roman Hüseynov, 47

03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2

Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73

15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0

Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87

19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3

Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65

07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2

Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)

2020/21 mövsümü

13.09.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0

Coşqun Diniyev, 17; Bəhlul Mustafazadə, 28; Ramil Şeydayev, 64

31.10.2020. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1

Yusif Nəbiyev, 31; Nikolas Raysel, 53 // Ramil Şeydayev, 81

04.04.2021. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0

Ramil Şeydayev, 45+1

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"