Premyer Liqa klubu maliyyə dəstəyi aldı, yeni təklif irəli sürdü

10 Aprel 2021 13:00 Qəbələ 1 638
Premyer Liqa klubu maliyyə dəstəyi aldı, yeni təklif irəli sürdü

AFFA-dan növbəti mövsüm də maliyyə dəstəyi alaxağı dəqiqləşən «Qəbələ» danışıqlaraa başlayıb.

Sportinfo.az-ın məlumatına görə, əyalət təmsilçisi əksər yerli və legioner futbolçularına yeni müqavilə təklif edib.

«Qırmızı-qaralar»ın şərtləri indi daha əlverişlidir - kim burada qalmaq istəsə, daha çox əməkhaqqı alacaq.

Federasiya ilə SOCAR arasında aparılan uzun-uzadı məsləhətləşmələrdən sonra əyalət təmsilçisinə vəsait ayrılması qərara alınıb.

“Qəbələ” ötən yaydan etibarən neft şirkətindən maddi dəstək alır. Bu, AFFA İcraiyyə Komitəsinin qərarı ilə rəsmiləşdirilib.

“Qırmızı-qaralar”a ödənilən illik məbləğ 1,5 milyon manatdır. Bu pul aylar üzrə bölünüb.

Klubun təsisçisi olan “Gilan Holdinq“in də cari mövsüm üçün “Qəbələ“yə 800 min manat verdiyini xatırladaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular