"Pambıqçı" ilə başladı, “Sumqayıt”la 150-yə çatdı - “Kəpəz”in sülh yolu

03:40 Kəpəz 68
"Pambıqçı" ilə başladı, “Sumqayıt”la 150-yə çatdı - “Kəpəz”in sülh yolu

"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turunun "Sumqayıt"la görüşünə təsadüf edib – 1:1.

Gəncə klubu 720-ci qarşılaşmada "150"yə çatıb. Qərb təmsilçisi turnirin tarixində 150 və daha çox sülhə imza atan 5-ci komandadır.

"Kəpəz"in ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb. Bərdənin "Pambıqçı" klubu ilə səfər görüşü qolsuz başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM