"Qəbələ"li: "Bəzən boş qapıya belə qol vura bilmirik"

28 Fevral 2021 20:40 Qəbələ 1 289
"Qəbələ"li: "Bəzən boş qapıya belə qol vura bilmirik"

"Açığı, son zamanlar yaxşı oynayırıq. Qələbələr qazanmağımıza qollar çatmır.

"Neftçi" ilə oyunda da nə qədər şansı qaçırdıq. "Sumqayıt"la oyunda da istifadə edə bilmədiyimiz şanslarımız oldu.

Nə qədər yaxşı oynasaq da, istək olmasa nəticə olmaz. Son oyundakı qələbəmizdə istək də rol oynadı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov deyib.

Təcrübəli futbolçu qarşılaşdıqları şansızlıqdan söz açıb: "Bütün oyunlarımıza baxsaq, məğlub olduğumuz oyunlar var ki, qələbə qazandığımız oyundan daha yaxşı çıxış etdiyimizi görərsiniz.

"Keşlə"ni ilk hissə 5-0 udmalı olduğumuz oyunu sonda 3-1 uduzduq. "Neftçi"yə 4-1 uduzduğumuz oyunu udmalıydıq, amma sonda hesab belə alındı.

Elmar müəllim də belə oyunlarımızı nəzərə alıb, daha yaxşı ola biləcəyimizi düşünür. Belə qələbələr olduqca motivasiya da yüksək olur.

Davamı gələcək, inşallah! Şanssızlıq yaşadığımız oyunlar çox olub. Bəzən boş qapıya belə qol vura bilmirik.

Hücumçu probleminin davam etməsi ilə də razıyam. Sırf hücumçu tapa bilmədik. Bir az da büdcə buna imkan vermədi.

Sırf hücumçu olsa, daha məhsuldar ola bilərdik. Adeniyini deyirik. Düzdür, çox yaxşı futbolçudur, amma formadan uzaqdır. Yavaş-yavaş özünə gəlir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"