2027-ci ildə Qazaxıstanda təşkil olunacaq futzal üzrə U-19 Avropa çempionatının püşatma mərasimi oktyabrın 2-də keçiriləcək.
Sportinfo.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, saat 16:30-da başlayacaq.
Bu dəfə təşkilatçı ölkə də daxil olmaqla mübarizəyə 38 komanda qoşulacaq. Onlardan Qazaxıstan yığması final mərhələsində iş başında olacaq.
Qalan 37 komandadan ən aşağı reytinqə malik 12-si ilkin mərhələdə gücünü sınayacaq. Komanda hər birində 4 iştirakçı olmaqla 3 qrupa səpələnəcəklər. Oyunlar gələn il yanvarın 19-dan 24-dək keçiriləcək.
Ancaq qrup qalibi olan 3 komanda əsas mərhələyə vəsiqə qazanacaq və digər 25 komandaya qoşulacaq.
Hazırda reytin cədvəlinin 24-cü pilləsində qərarlaşan Azərbaycanın U-19 millisi mübarizəyə əsas mərhələdən başlayacaq.
Final mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibi belədir:
1-ci səbət (ev sahibi)
Portuqaliya (qrupunun 1-cisi), Sloveniya (qrupunun 1-cisi), İtaliya (qrupunun 1-cisi), Xorvatiya (qrupunun 2-cisi), Türkiyə (qrupunun 2-cisi), Moldova (qrupunun 4-cüsü), Rumıniya (qrupunun 4-cüsü)
2-ci səbət (qrupunun 1-cisi)
İspaniya, Ukrayna, Fransa, Çexiya
3-cü səbət (qrupunun 2-cisi)
Macarıstan, Polşa, Belçika, Serbiya, Bosniya və Herseqovina
4-cü səbət (qrupunun 3-cüsü)
Finlandiya, Latviya, Belarus, Yunanıstan, Niderland, Slovakiya, İngiltərə
5-ci səbət (qrupunun 4-cüsü)
Azərbaycan, Monteneqro, ilkin mərhələ, A qrupunun qalibi, ilkin mərhələ, B qrupunun qalibi, ilkin mərhələ, C qrupunun qalibi
