"Qarabağ"ın oyununa təyinat aldığı üçün sevinir - İrlandiyalı hakim

3 Dekabr 2020 20:00 Qarabağ 416
"Qarabağ"ın oyununa təyinat aldığı üçün sevinir - İrlandiyalı hakim

"Allen Linç, Emmet Dinan Pol Maklaflinlə birlikdə bu matçın hakimi seçildiyimiz üçün çox sevinirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərində "Makkabi" (Təl-Əviv) ilə görüşünə təyinat alan irlandiyalı baş hakim Robert Hennessi yerli mətbuata açıqlamasında deyib.

İlk dəfə avrokuboklarda qrup mərhələsinin oyununa təyinat alan 30 yaşlı referi bildirib ki, ölkəsini təmsil etmək onun üçün böyük şərəfdir: "Bu təyinat hər birimizin bir il ərzində göstərdiyimiz əziyyətin nəticəsidir".

“Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ" - "Makkabi" matçı bu gün Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu