“Qarabağ” məni satmaq istəmirdi”.
Sportinfo.az xəbər verir ki, bu açıqlama Polşa millisinin qapıçısı Mateuş Koxalskiyə məxsusdur.
26 yaşlı kiper Azərbaycan klubunda çıxış etdiyi vaxt aldığı təklifləri sadalayıb.
Hazırda “Vyeçista”da çıxış edən “əlcək sahibi“ Ağdam təmsilçisinin onu saxlamaq istədiyini, lakin özünün ayrılmaq qərarında olduğunu bildirib.
O, Almaniyadan “Borussiya Dortmund” və İtaliyadan “Napoli” ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:
“Qarabağ“ mənə daha yaxşı şərtlərlə yeni müqavilə təklif etdi. Amma açıq şəkildə bildirdim ki, ayrılmaq istəyirəm.
Çempionlar Liqasında yaxşı çıxış etdik və mən daha irəli, daha yüksək səviyyəyə getmək istəyirdim.
“Borussiya Dortmund” və ya “Napoli”nin mənimlə maraqlandığı deyilirdi. Ola bilsin, bu, həqiqət idi, amma həmin klublardan heç birindən rəsmi sorğu gəlmədi”.
“Qarabağ”ın heyətində 41 liqa oyununda meydana çıxan qapıçı 19 matçda qapısını toxunulmaz saxlayıb. Onun Çempionlar Liqasında 10 oyunu var.
