“Qarabağ”ın hücumçusu milli komandann qəhrəmanına çevrilib.
Sportinfo.az xəbər verir ki, Renaldo Sefasın şərəfini qoruduğu Yamayka Qvatamela ilə qarşılaşıb.
Millətlər Liqasının KONKAKAF zonasında baş tutan qarşılaşma kifayət qədər gərgin və maraqlı alınıb.
Hesabı 2-ci dəqiqədə qvamatelalı Oskar Santos açıb. Yamaykalılar 37-ci dəqiqədə hesabı bərabərləşdirib ki, ilk hissə qollu bərabərliklə yekunlaşıb.
Sefas 46-cı dəqiqədə Kampbellin əvəzinə meydana çıxıb.
53-cü dəqiqədə Rumarn Burrell Yamaykanı hesabda önə çıxarmasına baxmayaraq, 4 dəqiqədən sonra Oskar özünün və komandanın ikinci qoluna imza atıb.
Stadiona toplaşanlar matçın bu hesabla başa çatacağını düşündüyü anda səhnəyə Sefas çıxıb.
“20 nömrə” 90+4-cü dəqiqədə uzaq küncü dəqiq nişan almaqla komandasına hava-su kimi vacib qələbə qazandırıb.
Beləliklə, “Qarabağ”lı həmin gecənin qəhrəmanına çevrilib.
